Bakıda sərnişin avtobusu qəzaya uğradı -xəsarət alanlar var
    • 29-03-2020, 10:08
    • 702

Bakıda sərnişin avtobusu qəzaya uğradı -xəsarət alanlar var

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.


News24.az-ın məlumtına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.


Qızıldaş qəsəbəsində sərnişin avtobusu digər avtomobillə toqquşub. Qəza nəticəsində iki nəfər – 1965-ci il təvəllüdlü Məmmədov Nazim Oruc oğlu və 1975-ci il təvəllüdlü Nəcəfova Əminə Nəriman qızı xəsarət alıblar. Yaralılar təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar.


N.Məmmədova bədənin müştərək travması, Ə.Nəcəfovaya isə döş qəfəsinin küt travması və qapalı kəllə-beyin travması diaqnozları qoyulub.

Fakt araşdırılır.