Abşeronda sərnişin avtobusu yeniyetməni vurdu
    • 14-05-2022, 22:46
    • 409

Abşeronda sərnişin avtobusu yeniyetməni vurdu

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Müşviqabaq qəsəbəsində qeydə alınıb. Belə ki, 14 saylı sərnişin avtobusu yolu keçən 2008-ci il təvəllüdlü Nəsirova Mələkxanim Bəxtiyar qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır./Report/