Bakıda daha bir yol qəzası, prospektdə sıxlıq yarandı
    • 5-10-2023, 09:58
    • 157

Bakıda daha bir yol qəzası, prospektdə sıxlıq yarandı

Bakıda yol qəzası sıxlığa səbəb olub.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən News24.az-a verilən məlumata görə, səhər saatlarında paytaxtın Heydər Əliyev prospekti, körpünün altında yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. 

Bununla yanaşı, sürücülərin diqqətinə çatdırmaq istəyirik ki, hazırda Heydər Əliyev prospekti, "ASK Arena"-nın qarşısı, mərkəz istiqamətində də təmir işləri aparılır.