-
- 5-10-2023, 11:24
- 451
Bu ölkədən çıxmağa Fransaya 1 həftə VERİLDİ
Nigerdə yerləşdirilən fransız qoşunları bir həftə ərzində Afrika ölkəsini tərk etməyə başlayacaq.
News24.az xəbər verir ki, bu barədə AFP agentliyi Fransa Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.
“Biz bir həftə ərzində geri çəkilmə əməliyyatına başlayacağıq, hər şey nizamlı şəkildə, təhlükəsizlik şəraitində və Nigerlə koordinasiya əsasında həyata keçiriləcək”, deyə Fransa Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.
Çərşənbə günü Afrika ölkəsinin ictimai təhlükəsizlik və ərazi idarəetmə naziri Mohamed Toumba Əl-Cəzirə telekanalına deyib ki, o, Fransanın Nigerdən ordusunu geri çəkmək niyyətində olmadığına inanır.
O, Parisin "Nigerdə terroru dəstəklədiyini" iddia edib.
Ülkər ABDURAHMANLI