-
- 5-10-2023, 11:40
- 212
KTMT-nin növbəti iclas tarixi AÇIQLANDI
Noyabrda Belarusda Kollektiv Təhlükəsizlik Şurasının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasları keçiriləcək.
News24.az xəbər verir ki, bu bu barədə Belarus Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəis müavini polkovnik Dmitri Ryabixin məlumat verib.
“Noyabr ayında Belarus Respublikasında Müdafiə Nazirləri Şurasının, Xarici İşlər Nazirlərinin və Dövlət Təhlükəsizlik Katiblərinin birgə iclası keçiriləcək. Və dövlətimizin başçısının rəhbərliyi ilə kollektiv təhlükəsizlik şurasının növbəti iclası olacaq”, - o, bildirib.
2023-cü ildə KTMT-yə sədrlik edəcək Belarusdan başqa, təşkilata Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.
Ayşən