Tramp Kiyevə yardımı dayandırmağı təklif etdi
    • 5-10-2023, 13:45
    • 183

Tramp Kiyevə yardımı dayandırmağı təklif etdi

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Vaşinqtona Ukraynanı maliyyələşdirməyi dayandırmağı təklif edib. 

News24.az xəbər verir ki, Trampın sözlərinə görə, Avropa Kiyevi dəstəkləmək üçün Amerikadan xeyli az pul xərcləyir.

“Avropa ABŞ-ın Ukraynaya və onun müdafiəsinə xərclədiyi pula uyğun gəlməyincə, Ukraynaya artıq pul göndərilməməlidir”. – Tramp qeyd edib.

Sabiq prezident qeyd edib ki, o, ABŞ-ın xərclərini 175 milyard dollar dəyərində qiymətləndirir. Tramp həmçinin Bayden administrasiyasına Kiyevin avropalı müttəfiqlərinin investisiyalarının bərabərləşdirilməsinə nail olmağı təklif edib.

Akqabay