Evində öldü, heç kimin xəbəri olmadı, skeletini tapdılar
    • 27-07-2018, 10:36
    • 1 116

Evində öldü, heç kimin xəbəri olmadı, skeletini tapdılar

Bakı şəhərində mənzildən meyit tapılıb.
 
Paytaxtın Səbail rayonu, Ü. Hacıbəyov küçəsi 33/35, mənzil 9 ünvanında skeletləşmiş qadın meyiti aşkar edilib.
 
Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin həmin evin sahibi, 1933-cü il təvəllüdlü Kosyançuk Qalina İvanovna olması müəyyənləşdirilib.

Faktla bağlı Səbail rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.