Mahmud Əhmədinejada böyük QADAĞA - FOTO
    • 5-10-2023, 17:07
    • 349

Mahmud Əhmədinejada böyük QADAĞA - FOTO

İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın xaricə çıxışına qadağa qoyulub.

News24.az xəbər verir ki, bu barədə “Didban-e İran” saytı məlumat yayıb.

Məlumatda bunlar qeyd olunub:

“Bu gün özlərini ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslər Tehranın "İmam Xomeyni" hava limanında Əhmədinejadın xarici pasportunu müsadirə ediblər və onun ölkə hüdudlarını tərk etməsinə qadağa qoyulduğunu iddia edərək, Qvatemalaya nəzərdə tutulan səfərinə mane olublar”.

Qeyd edək ki, adıçəkilən sayt Mahmud Əhmədinejada yaxın informasiya agentliyi yazıb.

Aynurə