"İlham Əliyevlə danışdım, açıq şəkildə bildirdi ki..." - Şarl Mişel
    • 5-10-2023, 17:48
    • 660

"İlham Əliyevlə danışdım, açıq şəkildə bildirdi ki..." - Şarl Mişel

“İki gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığım oldu. İlham Əliyev açıq şəkildə bildirdi ki, Ermənistana qarşı heç bir ərazi ambisiyaları və tələbləri yoxdur. Bunu açıq şəkildə söyləmək və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına zəmanət vermək lazımdır”.

News24.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel deyib.

Şarl Mişel Azərbaycan və Ermənistanı ərazi bütövlüyünü qarşılıqlı tanımağa çağırıb. Onun sözlərinə görə, Aİ-nin Azərbaycan və Ermənistan arasında vasitəçiliyi Avropa İttifaqının regionda maraqlarını qorumağa yönəlib.

Şarl Mişel əlavə edib ki, sabit və çiçəklənən Qafqaz Avropa İttifaqının maraqlarına cavab verir.

Akqabay