-
- 19-03-2019, 17:55
- 1 384
Bakı metrosunda İlaxır Çərşənbə qeyd olunub - FOTO - VİDEO
Bu gün İlaxır Çərşənbə münasibəti ilə Bakı Metropoliteninin “İçərişəhər” metrostansiyasında bayram tədbiri keçirilib. News24.az xəbər verir ki, bayram tədbirində Novruz bayramının əsas atributları Kosa və Keçəl, eləcə də Bahar qızı sərnişinləri əyləndirib. Daha sonra tədbir iştirakçıalrı bayram münasibəti ilə nümayiş olunan retro vaqonlarda fotolar çəkdiriblər. Təbdirdə eləcə də azyaşlı uşaqlara Novruz hədiyyələri təqdim olunub. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov News24.az-a bildirib ki, eyni əyləncə və konsert proqramı martın 20-si və 21-də “Sahil”, “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında da nümayiş olunacaq: “Metropoliten rəhbərliyi bu il Novruzu xüsusi lahiyələr ilə qarşılayır. Əl işləri yarmakası ilə başlayan tədbirlər bayram günlərində də davam edəcək. Bu gündən etibarən “28 may” stansiyasından başlayan ənənəvi konsert proqramımız daha üç stansiyada da davamlı olaraq təşkil ediləcək. Belə ki, konsert proqramı iki gün ərzində “Sahil”, “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında nümayiş olunacaq. Konsertdə iştirak edən musiqiçilər Bakı Musiqi Akdemiyası ilə Azərbaycan Milli Musiqi Konservatoriyasının tələbə və məzunlarından ibarət peşəkar heyətdir”.
Bəxtiyar Məmmədov qeyd edib ki, ilk dəfə olaraq metropolitendə Novruzun gəlişinin rəmzi olan Keçəl ilə Kosanın mübarizəsi əks etdirən tamaşa iki gün ərzində “İçərişəhər” stansiyasında nümayiş olunacaq: “Bayrama xüsusi rəng qatmaq üçün metropoliten rəhbərliyi Keçəl ilə Kosanın tamaşasına sehirbazında çıxışlarını əlavə edib. Sehirbazın əyləncəli proqramı, xüsusilə azyaşlı sərnişinlər üçün daha xoş olacaq. Onları sevindirəcək. İki gün ərzində beynəlxalq müsabiqələr laureatıçısı, pianoçu Fuad Əlizadənin “İçərişəhər” stansiyasında iki saatlıq solo konserti olacaq. Sintezatorda ifa olunan musiqi parçalarına dünya və Azərbaycan bəstəkarlarının xalq musiqiləri daxildir. Həmçinin metropolitenin işçiləri xüsusi milli geyimdə balaca sərnişinlərimizi müxtəlif hədiyyələrlə sevindirəcək”.
News24.az “İçərişəhər” stansiyasında baş tutan tədbirdən çəkilən videonu təqdim edir.
Sevinc YASİNQIZI