-
- 6-10-2023, 11:42
- 261
"Avropa Parlamentində nə kompüter, nə də internet var" - Deputat
Bu qətnamə ölkəmizin ərazi bütövlüyünü şübhə altına alır.
News24.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin oktyabrın 6-da keçirilən plenar iclasında Avropa Parlamentinin ötən gün qəbul etdiyi qərəzli qətnaməyə münasibət bildirərkən deyib.
Millət vəkili diqqətə çatdırıb ki, bu sənəd həm də Avropa Parlamentinin nüfuzuna xələl gətirən qətnamə kimi qiymətləndirilə bilər.
"Belə başa düşülür ki, Avropa Parlamentində nə kompüter, nə internet, nə də hansısa məlumatı əldə etməyə vasitə var", - deyə deputat qeyd edib.
Qumral