-
- 6-10-2023, 12:15
- 280
"Hər kəs öz işi ilə məşğul olsun" - Deputat
Avropa Parlamentində şərəfini satmış siyasətçiləri kim, necə və neçəyə danışdırır bizə bəllidir.
News24.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin payız sessiyasında çıxışı zamanı deyib.
Millət vəkili qeyd edib ki, bu gün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün faktiki olaraq heç bir prinsipial maneə qalmayıb və biz sülhün bir addımlığındayıq:
"Ona görə də Prezident İlham Əliyevin dediyi kimi, "hər kəs öz işi ilə məşğul olsun və bizim səbrimizlə oynamasınlar". Hər bir halda itirən biz olmayacağıq. Heç kim bizim Prezidentin iradəsinə təsir edə bilməz. Vətən müharibəsində bizə məğlub olanlar bundan sonra mübarizədə israrlı olacaqlarsa, məğlubiyyətlər seriyasına hazır olmalıdırlar", - deyə millət vəkili fikirlərini yekunlaşdırıb.
Qumral