Ermənilər daha bir səfirliyimizin qarşısında təxribat TÖRƏTDİ
    • 6-10-2023, 12:48
    • 870

Ermənilər daha bir səfirliyimizin qarşısında təxribat TÖRƏTDİ

Ermənilər Azərbaycanın Argentinadakı səfirliyi qarşısında təxribat törədiblər.

News24.az xəbər verir ki, Buenos-Ayresdəki erməni diasporunun təşkilatçılığı ilə səfirliyimizin önündə “aksiya” keçirilib.

“Aksiya iştirakçıları” əsassız çağırışlar edərək səfirliyimizin binasının qarşısında Qarabağdakı keçmiş qondarma rejimin adını yazıblar, hətta mövcud olmayan xunta rejimin “bayrağını” da qaldırıblar.

Onlar Qarabağda baş verən son prosesləri “soyqırım” adlandırıblar və Buenos-Ayresdə yaşayan erməniləri oktyabrın 7-nə planlaşdırılan “etiraz yürüşü”nə qoşulmaları üçün kampaniya aparıblar.

Qeyd edək ki, ermənilər oktyabrın 7-də Maure və Luis Maria Kamposdan Azərbaycan səfirliyinə doğru yürüş etməyi planlaşdırırlar. 

“Etirazçılar” Buenos-Ayresdəki erməniləri küçələrə çıxmağa çağırırlar.

Akqabay