ABŞ-dan İsrailə xəbərdarlıq
    • 13-05-2024, 09:21
    • 189

ABŞ-dan İsrailə xəbərdarlıq

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan israilli həmkarı ilə görüşündə İsrailin Rəfaha hərtərəfli qurudan hücumu ilə bağlı ABŞ-ın ciddi narahatlığını təkrarlayıb.

News24.az xəbər verir ki, Ağ Evdən verilən yazılı açıqlamaya görə, Sullivan israilli həmkarı Tzachi Hanegbi ilə telefon danışığı aparıb.

Sullivan və Haneqbi həm Qəzzadakı son vəziyyəti, həm də İsrailin Rəfaha təhdidini müzakirə ediblər.

Sullivan bir daha HƏMAS-ın 7 oktyabr hücumlarını unutmadıqlarını və HƏMAS-la mübarizədə İsrailə verdikləri dəstəyin sarsılmaz olduğunu bildirib.

Qeyd edək ki, görüşdə Sullivan ABŞ prezidenti Co Baydenin İsrailin Rəfəhə hərtərəfli quru hücumuna qarşı olduğu ilə bağlı yanaşmasını vurğulayıb. Bu mövzuda narahatlıqlarını İsrail tərəfinə çatdırdıqlarını bildirib.

Açıqlamaya görə, İsrailin milli təhlükəsizlik müşaviri Haneqbi ABŞ-ın bu mövzuda narahatlıqlarını və mesajlarını nəzərə aldıqlarını bildirib.

Sullivan həmçinin Qəzzada HƏMAS üzvlərini mülki şəxslərə zərər vermədən hədəfə almaq üçün “alternativ üsullar” haqqında fikirlərini İsrail tərəfinə çatdırıb.

Günel Məlikzadə