Müəllim-şagird münasibətinin pozulmasının SƏBƏBLƏRİ - Ekspertdən QALMAQALLI AÇIQLAMA
    • 6-10-2023, 14:10
    • 422

Müəllim-şagird münasibətinin pozulmasının SƏBƏBLƏRİ - Ekspertdən QALMAQALLI AÇIQLAMA

Müəllim yalnız keçdiyi dərs ilə deyil, biliyi, savadı davranışı ilə şagirdə örnək olmalıdır. 

Peşəsini layiqincə yerinə yetirən müəllim hər bir şagirdə tələbkarlığı ilə yanaşı xoş və gülərüz münasibəti ilə şagirdin qəlbində taxt qurmağı bacarmalıdır. Şagird bunun müqabilində hər zaman müəllimlərinə qarşı hörmətlə yanaşmalı və onların məsləhət və tövsiyələrini nəzərdə saxlamalıdır. 

Lakin son dövrlər müəllim-şagird münasibətlərində soyuqluq müşahidə olunur. Halbuki şagidlərə diqqət və qayğı ilə yanaşan, onların savadlı bilikli kadr kimi yetişməsində əziyyət çəkən müəllimlərin sayı az deyil. 

Bəs müəllim-şagird münasibətlərinin korlanmasında başlıca amillər nələrdir?

Bu barədə təhsil eksperti Elşən Qafarov News24.az-a açıqlama verib.

Onun sözlərinə görə, əvvəllər həm valideynlər həm şagirdlər müəllim adına xüsusi ehtiramla yanaşırdılar. 

O dövrdə müəllimin fikri, rəyi həm valideyn həm də şagird üçün çox önəmli idi. Təəssüf ki, bugün müəllimə hörmətlə yanaşan valideynə və şagirdə az rast gəlinir.

 Ekspert qeyd edib ki, son illər müəllim nüfuzunun tendensiyasının zəifləməsinin şahidi oluruq. Bu bir sıra obyektiv və subyektiv amillərlə də sıx bağlıdır.  Müəllimdən asılılığın azalması da bu amillərin arasındadır.  İnternet resursları, əlavə kurslar və repetitor hazırlığı məktəb müəllimini geri plana salıb.

Ekspert qeyd edib ki, bundan əlavə, məktəblərin tərbiyə mühitində ciddi nöqsanlar mövcuddur. Bunun əsas səbəbi məktəblərin nizamnaməsi yoxdur. 

Digər əsas amilllərdən biri şagirdlərin davranış qaydalarına uyğun hərəkət etməməsidir. Belə olduğu təqdirdə müəllim şagirdə tənbeh edir. Bu isə şagirdlərdə müəllimə qarşı nifrət hissi yaradır. 

Elşən Qafarov qeyd edib ki, şagird-müəllim münasibətlərinin qaydaya salınması üçün məktəblərdə nizamnamələr qəbul olunmalıdır.

Bu nizamnamələrin tərkibində şagirdlərin davranış qaydaları, valideylərin-məktəblə olan münasbətləri tənzimlənməlidir.

Ülkər ABDURAHMANLI