İrəvanda kritik görüş: Sülhməramlıların Azərbaycandan çıxma tarixi bu gün BİLİNƏCƏK
    • 6-10-2023, 13:12
    • 315

İrəvanda kritik görüş: Sülhməramlıların Azərbaycandan çıxma tarixi bu gün BİLİNƏCƏK

Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Rusiya sülhməramlı qoşunlarının Qarabağdan çıxarılması şərtlərini müzakirə etmək üçün bu gün İrəvana səfər edəcək. 

News24.az xəbər verir ki, bu barədə TASS-a diplomatik mənbə məlumat verib.

“Bu gün Rusiya Federasiyası Müdafiə Nazirliyinin nümayəndə heyəti İrəvana səfər edəcək və Ermənistan tərəfi ilə görüşdə Rusiya sülhməramlı qoşunlarının Qarabağdan çıxarılmasının konkret tarixləri müzakirə olunacaq”, - TASS-ın mənbəsi bildirib.

Akqabay