-
- 6-10-2023, 14:37
- 599
ABŞ dəhşətli fəlakətlə üzləşib: - "dollar sistemi..."
“Bu gün ABŞ hakimiyyəti dilemma ilə üz-üzə qalıb - nə etməli: ya öz qlobal maliyyə sistemini iqtisadiyyatlarının daxili real sektoru bahasına xilas etsinlər, ya da dünya dollar sisteminin dağılması hesabına daxili real sektorunu xilas etsinlər”
News24.az xəbər verir ki, bu barədə rusiyalı iqtisadçı Mixail Xazin deyib.
Onun fikrincə, bu iki fəlakət arasında seçim siyasi müstəvidə aparılmalıdır.
“Hadisələrin hansı ssenari üzrə daha da inkişaf edəcəyi, kimin daha çox real gücə malik olmasından asılı olacaq - sənayeçilərin, yoxsa maliyyəçilərin. Bu elit qrupların hər ikisinin birgə fəaliyyətə başladığı zaman hadisələrin belə inkişaf edəcəyini istisna etməyib. Qlobal iqtisadi böhran çox böyük ölçülərə çatarsa, bu baş verə bilər ki, yalnız bir seçim qalır.
Bu, ABŞ-ın qlobal dollar sisteminin gələcək maliyyələşdirilməsindən imtina etməli və bütün layihələrini yeni AUKUS blokunun coğrafiyasına məhdudlaşdırmalı olacağından ibarət ola bilər”,- deyə o fikrini yekunlaşdırıb.
Ayşən