Tərtər sakini minaya düşərək həlak oldu - YENİLƏNDİ
    • 6-10-2023, 18:16
    • 484

Tərtər sakini minaya düşərək həlak oldu - YENİLƏNDİ

Baş Prokurorluğun Mətbuat xidmətindən daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, oktyabrın 6-da saat 17 radələrində Tərtər rayonunun işğaldan azad edilmiş Həsənqaya kəndi ərazisində 1989-cu il təvəllüdlü mülki şəxs Yaquar Hadıyevin dəmir tullantıları toplayarkən mina partlaması nəticəsində ölməsi faktı üzrə Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

News24.az xəbər verir ki, bu barədə BaşProkurorluq məlumat yayıb.


***

17:39

Oktyabrın 6-da saat 17 radələrində Tərtər rayonunun Çaylı kəndi ərazisində rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olub.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Araşdırma aparılır.