Goranboyda qadın və anası bıçaqlandı
    • 6-10-2023, 22:09
    • 235

Goranboyda qadın və anası bıçaqlandı

Goranboy rayonunun Veyisli kəndində 1996-cı il təvəllüdlü Yulçuyeva Pərvanə Rasim qızı və anası 1966-cı il təvəllüdlü Əliyeva Siyatel Qəşəm qızı bıçaqlanıblar.

News24.az "Report"a istinadən xəbər verir ki, yaralılar xəstəxanaya yerləşdirilib.

Onlara xəsarət yetirməkdə P. Yulçuyevanın həyat yoldaşı şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.