Daşkəsəndə avtomobil aşıb, xəsarət alanlar var
    • 13-10-2022, 22:30
    • 206

Daşkəsəndə avtomobil aşıb, xəsarət alanlar var

Daşkəsən rayonunda idarəetmədən çıxan minik avtomobili aşıb.

Təzəkənd kəndində baş verən yol-nəqliyyat hadisəsində 3 nəfər xəsarət alıb. Onlardan biri - Daşkəsən rayon sakini, 1975-ci il təvəllüdlü S.Abbasovun ayağı sınıb.

Digər 2 nəfər - 1996-cı il təvəllüdlü R.Abbasova və 2000-ci il təvəllüdlü C.Abbasov isə yüngül xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzaya düşənlər bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır./"Report"/