Bakıda ana və qızı evdə BIÇAQLANDI
    • 29-04-2020, 01:17
    • 792

Bakıda ana və qızı evdə BIÇAQLANDI

Bakının Sabunçu rayonunda iki nəfər bıçaqlanıb.

Hadisə Anaşkin küçəsində baş verib.
1976-cı il təvəllüdlü Gözəlova Kəmalə Ayaz qızı və onun övladı - 1995-ci il təvəllüdlü Quliyeva Səadət İlyas qızı yaşadıqları evdə qohumları tərəfindən bıçaqlanıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. /APA/