-
- 7-10-2023, 12:25
- 356
Qiymətləri “od tutub yanan” məktəb ləvəzimatları – EKSPERTLƏRİN RƏYİ
Övladları məktəbə və yaxud hazırlığa gedən valideynləri narahat edən bir məqam var. Məktəb ləvazimatları satılan mağazalarda qiymətlər cib yandırır.
Qiymətlərin günü-gündən artması hansı səbəblərlə əlaqəlidir?
Bu barədə iqtisadçı ekspert Elşən Bağırzadə News24.az-a açıqlama verib.
Ekspertin sözlərinə görə, ötən illə müqayisədə qiymətlərdə 10-15 faiz artım müşahidə olunur.
O bildirib ki, Azərbaycanda satılan məktəb ləvəzimatlarının əksəriyyəti xaricdən idxal olunur.
Hətta yerli istehsalçılar da bu ləvəzimatların xammalını xaricdən alırlar. Həmin ölkələrdə isə ötən illə müqayisədə inflyasiyada artım müşahidə olunur. Bu ölkələrdə baş verən inflyasiyalar Azərbaycan bazarına da təsirsiz ötüşməyib.
Ekspert valideynlərə tövsiyə olaraq bildirib ki, bir məhsulun bir neçə çeşidi mövcuddur.
Həmin çeşidlər arasında daha uyğun qiymətə olanıda mövcuddur. Onlar məktəb ləvəzimatı alarkən bütün çeşidləri nəzərdən keçirib münasib qiymətə olanı ala bilərlər.
Elşən Bağrzadə vurğulayıb ki, bizim ölkəmizə məktəb ləvəzimatları əsasən Türkiyədən gətirilir. Son dövrlər Türkiyədə də inflyasiyada güclü artım mövcuddur.
İqtisadçı ekspert Əkrəm Həsənovun sözlərinə görə isə, ölkənin bütün sahələrindəki qiymət artımı məktəb ləvəzimatlarına da təsir edir.
Qiymət artımı bir-birilə bağlı zəncirvari prosesdir. Tələbatın artmasıda qiymətlərin artmasında rol oynayan faktorlardandır.
Bundan əlavə məhsulların keyfiyyəti də qiymətə təsir edən amillərdəndir.
Ülkər ABDURAHMANLI