Azərbaycana qarşı sanksiya tətbiq ediləcək? - Ekspert AÇIQLADI
    • 7-10-2023, 11:39
    • 275

Azərbaycana qarşı sanksiya tətbiq ediləcək? - Ekspert AÇIQLADI

Avropa Parlamenti Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə qəbul edib. Qətnamə 473 səslə qəbul edilib, 46 deputat əleyhinə səs verib, 16 deputat bitərəf qalıb. Avropa Parlamenti AB icra hakimiyyəti orqanlarını, eləcə də ona üzv olan ölkələri Azərbaycan hökumətinin nümayəndələrinə qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə çağırıb. Bəs, Azərbaycana qarşı sanksiyalar tətbiq edilə bilərmi?

Mövzu ilə News24.az-a danışan Natiq Cəfərli bildirib ki, Azərbaycana qarşı heç bir sanksiya tətbiq edilə bilməz:

"Azərbaycana qarşı heç bir sanksiya olmayacaq. Bu, bəzi siyasətçilərin ritorikasıdır. Real qərarlardan kənar davranışlardır. Azərbaycana qarşı hər hansı sanksiyanın olması mümkün deyil. Avropa Birliyində qərarlar kollegial qəbul olunur, yəni bütün dövlətlərin təsdiqinə ehtiyac var. Avropa Birliyinə daxil olan İtaliya, Macarıstan, Polşa,Balkan ölkələri, Bolqarıstan və digər ölkələr var ki, Azərbaycan qazından asılıdırlar. Hətta sanksiya tətbiq etmək haqqında qərar olsa belə, bu ölkələr "veto" hüququndan istifadə edəcək. Yəni Azərbaycana qarşı heç bir sanksiya tətbiq edilə bilməz".

Qumral Əliyeva