İsrail ordusuna məxsus hərbi baza ələ keçirildi - ŞOK GÖRÜNTÜLƏR
    • 7-10-2023, 11:39
    • 304

İsrail ordusuna məxsus hərbi baza ələ keçirildi - ŞOK GÖRÜNTÜLƏR

İsrail ordusuna məxsus hərbi baza ələ keçirilib.

News24.az  Trend-ə istinadən bildirir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.

Bildirilib ki, hərbi baza fələstinli silahlılar tərəfindən ələ keçirilib.

Qeyd edək ki, bu gün səhər İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsində reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

Hələ ki, ordu görünmür, 30 dəqiqədən az müddət ərzində silahlı hücumçular Sderotda gəzirlər. Artıq dinc sakinlər arasında ölənlər var.

İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Məqaləyə dair fotomateriallar: