-
- 7-10-2023, 10:52
- 391
İsraildə hərbi vəziyyət ELAN EDİLDİ
İsraildə ölkənin mərkəzi və cənub bölgələrində “xüsusi təhlükəsizlik vəziyyəti” tətbiq edilib.
News24.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant əmr verib.
“İsrail müdafiə strukturlarının rəhbərliyi ilə birgə vəziyyəti qiymətləndirdikdən sonra müdafiə naziri Yoav Qalant Qəzza zolağından 0-80 km radiusda İsrailin arxa cəbhəsində “xüsusi təhlükəsizlik vəziyyəti” elan edib”, - deyə Müdafiə Nazirliyi bəyanatında bildirib.
İsrail Müdafiə Qüvvələri bu müddəa qüvvədə olduğu müddətdə vətəndaşlara təhlükəsizlik təlimatları verməyə və mühüm obyektləri bağlamağa icazə verir.
Xatırladaq ki, oktyabrın 7-də şənbə günü səhər saatlarında İsrail ordusu Qəzza zolağından olan fələstinli radikalların İsrail ərazisinə raket zərbələri endirib. Bundan əlavə, naməlum sayda terrorçu Qəzza zolağından İsrailin sərhəd bölgələrinə sızıb.
Qumral