İsrail qırıcıları HƏMAS hədəflərinə zərbələr endirir
    • 7-10-2023, 12:28
    • 478

İsrail qırıcıları HƏMAS hədəflərinə zərbələr endirir

İsrailin onlarla döyüş təyyarəsi Qəzza zolağında Fələstinin HƏMAS radikal qruplaşmasının hədəflərinə zərbələr endirir. 

News24.az xəbər verir ki, bu barədə İsrail Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Bu gün səhər tezdən Fələstindən başlayan kütləvi raket hücumundan sonra zərbələr endirilir. Bundan əvvəl İsrail ordusu Qəzzada “Dəmir Qılınclar” əməliyyatına başladığını açıqlamışdı.

Akqabay