HƏMAS İsraildə xəstəxanaya raket zərbəsi endirib: YARALILAR VAR
    • 8-10-2023, 09:03
    • 237

HƏMAS İsraildə xəstəxanaya raket zərbəsi endirib: YARALILAR VAR

HƏMAS İsrailin cənubundakı Aşkelon şəhərində xəstəxanaya raket zərbəsi endirib. Bir raketin tibb müəssisəsinə düşdüyü bildirilir.

News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə “Times of Israel” nəşri məlumat yayıb.

Yenilənmiş məlumatlara görə, hücum nəticəsində bir qadın ağır, daha beş nəfər isə yaralanıb.

Raketin düşməsindən az əvvəl tibb mərkəzinin işçiləri xəstələri sığınacağa köçürüblər. Əks halda itki daha çox ola bilərdi.