Rusiya ordusu Ukraynanın Lvov vilayətinə raket zərbəsi endirdi
    • 13-10-2022, 20:52
    • 270

Rusiya ordusu Ukraynanın Lvov vilayətinə raket zərbəsi endirdi

Rusiya ordusu Lvov vilayətinə raket zərbəsi endirib.

News24.az “RBC-Ukraina”ya istinadən xəbər verir ki, raket zərbəsi nəticəsində hərbi obyektlərdən birinə ziyan dəyib.

“Hərbi əmlak məhv edilib, itki yoxdur”, - Lvov polis idarəsinin rəisi Maksim Kozitskiy bildirib.

O, Lvov vilayətinə 3 raket atıldığını, onlardan birinin hava hücumundan müdafiə sistemi ilə vurulduğunu deyib.