Bu gözəlin tacı və titulu əlindən alındı
    • 21-03-2019, 16:26
    • 1 334

Bu gözəlin tacı və titulu əlindən alındı

"Miss Moskva 2018" Alesya Semerenko tacından və titulundan məhrum edilib.

News24.az
bildirir ki, buna səbəb gözəlin müsabiqənin qaydalarına riayət etməməsi olub. Lakin təşkilatçılar Alesyanın qaydalardakı hansı şərti pozması barədə dəqiq məlumat verməyiblər. 

Qaydaya görə artıq tac və titul vitse-miss Kseniya Palenovaya təqdim edilib.

Qeyd edək ki, "Miss Moskva" müsabiqəsinin 23 illik tarixində ilk dəfədir belə hal yaşanıb.