Miss Earth 2018-in qalibi Vyetnam gözəli oldu - VİDEO
    • 5-11-2018, 11:07
    • 1 023

Miss Earth 2018-in qalibi Vyetnam gözəli oldu - VİDEO

Noyabrın 3-də Filippinin paytaxtı Manilada "Miss Earth 2018" (Yer kürəsi gözəli) gözəllik müsabiqəsi keçirilib.

Müsqabiqədə 87 ölkədən gözəllər iştirak ediblər. Gözəllər müsabiqənin qaydasına uyğun olaraq ekoloji proyektdən ibarət video təqdim ediblər. Liviya gözəlinin iştirakı İsrail təmsilçisi ilə olan xoşagəlməz haldan yana son anda təşkilatçılar tərəfindən qadağan edilib.
Müsabiqənin finalına 4 ölkənin təmsilçiləri - Vyetnam, Kolumbiya, Avstriya və Meksika gözəlləri çıxıblar.
Münsiflərin qərarından sonra Vyetnamı təmsil edən 23 yaşlı Phuong Khan Nguyen Miss Earth 2018-in qalibi seçilib. Phuong Khan Nguyen-in zəfəri müsabiqənin tarixində Vyetnam üçün ilk olub.

News24.az