Azərbaycanlı şəhid “İgidliyə görə” ordeni ilə TƏLTİF EDİLDİ - FOTO
    • 9-10-2023, 12:30
    • 256

Azərbaycanlı şəhid “İgidliyə görə” ordeni ilə TƏLTİF EDİLDİ - FOTO

Zelenski bu ölkənin silahlı qüvvələrində xidmət etmiş azərbaycanlı Elvin İlqar oğlu Novruzovu ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif edib. 

News24.az-ın əldə etdiyi məlumata görə, o, müharibənin ilk günlərindən Ukrayna silahlı qüvvələrinin sıralarında döyüş əməliyyatlarında iştirak edib, bu ilin əvvəlində Baxmut yaxınlığında gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Qeyd edək ki, əslən Azərbaycanın Biləsuvar rayonundan olan Elvin Novruzov Ukrayna vətəndaşıdır. O, Ukraynanın İvano Frankovsk vilayətinin Kaluş rayonunda yaşayıb. Ailəlidir, 1 övladı var.

35 yaşlı zabitin meyiti cəbhədə itkin düşəndən bir müddət sonra tapılıb.

Aynurə