-
- 9-10-2023, 15:06
- 285
"Kreml Qaluzinlə nəbzimizi yoxlayır..." - POLİTOLOQ
“Rusiya xarici işlər nazirinin müavini, MDB ölkələri ilə əlaqələrə nəzarət edən Mixail Qaluzinin RBK televiziya kanalına müsahibəsində “Rusiya sülhməramlı kontingentinin Qarabağda olmasına tələb var və bu, gələcəkdə də zəruri olacaq” açıqlamasını cavabsız qoymaq olmaz”.
News24.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu “Facebook” paylaşımında qeyd edib.
Politoloq hesab edir ki, Azərbaycan Xarici İşlər Nazirliyi səviyyəsində Qaluzinin bu sözlərinə cavab verilməlidir: “ Rusiya sülhməramlı kontingentinin Qarabağda fəaliyyətinin davam etməsinə ehtiyac qalmayıb. Məsələ burasındadır ki, sülhməramlılarla bağlı açıqlama Qaluzinin şəxsi fikri deyil, Kreml bu yolla yenə nəbzimizi yoxlayır. Deməli Kremlin Qaluzin vasitəsilə bizə göndərdiyi mesaj cavabsız qalmamalıdır. Cavab mesajında Rusiya prezidenti Vladimir Putinin bugünlərdə Valday konfransında Qarabağla bağlı dediyi “məsələ bitdi” fikri də xatırladılmalıdır”.
Ayşən