TƏCİLİ! İsrail əks-hücuma BAŞLADI - Qəzzada yüzlərlə terrorçu məhv EDİLDİ
    • 9-10-2023, 13:21
    • 350

TƏCİLİ! İsrail əks-hücuma BAŞLADI - Qəzzada yüzlərlə terrorçu məhv EDİLDİ

"İsrail hərbçiləri ölkə ərazisinə nəzarəti bərpa etdikdən sonra HƏMAS-a qarşı hərbi əməliyyatın hücum mərhələsinə keçir".

News24.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi, kontr-admiral Daniel Həcəri məlumat verib.

"Hücuma keçdik. İsrail ordusu Qəzzada yüzlərlə terrorçunu məhv edib", - o deyib.

Onun sözlərinə görə, hazırda həmin ərazilərin heç birində hərbi əməliyyatlar aparılmır.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub.

Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.