İsraildəki döyüşlər Ukraynaya edilən yardıma maneə olur? -SENSASİON AÇIQLAMA
    • 9-10-2023, 15:17
    • 127

İsraildəki döyüşlər Ukraynaya edilən yardıma maneə olur? -SENSASİON AÇIQLAMA

Avropa Komissiyasının sözçüsü Erik Mamer Brüsseldə keçirdiyi brifinqdə bildirib ki, Fələstin-İsrail münaqişəsinin gərginləşməsi Ukraynanın Avropa İttifaqından alacağı yardıma heç bir təsir göstərməyəcək.

News24.az “TASS”-a istinadən xəbər verir ki, "Avropa İttifaqı Ukraynanı silahla təmin etməyə və maliyyə yardımı görtərməyə davam edəcək" deyə Erik Mamer qeyd edib.

O vurğulayıb, heç bir fövqəladə vəziyyət Ukraynaya yardım etməyimizə maneə ola bilməz.

Qeyd edək ki, Avropa İttifaqı ən azı 2027-ci ilə qədər Ukraynaya maliyyə dəstəyini davam etdirəcək.

Ülkər ABDURAHMANLI