-
- 1-10-2023, 21:16
- 248
Avropa İttifaqı Ukraynaya 80 milyard avro yardım AYIRIB
Ötən ildən Avropa İttifaqı Ukraynaya dəstək üçün 80 milyard avro ayırıb, bu məbləğ həmçinin hərbi yardıma da xərclənir.
News24.az Report-a istinadla xəbər verir ki, bunu Ukraynanın paytaxtı Kiyev şəhərində olan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel bəyan edib.
Onun sözlərinə görə, Aİ ABŞ-da baş verən hadisələrdən asılı olmayaraq Ukraynaya maliyyə dəstəyini artırmaqda davam edəcək:
"Ukraynanın yeni müdafiə naziri Rustem Umerovla görüşdə bəzi hallarda dəstəyimizin niyə olduğu qədər vacib qəbul edilmədiyini daha yaxşı anlamağa çalışdıq".