283 min manat vergidən yayınan məşhur iş adamı HƏBS EDİLDİ
    • 9-10-2023, 15:24
    • 595

283 min manat vergidən yayınan məşhur iş adamı HƏBS EDİLDİ

Bakıda iş adamı həbs edilib. 

News24.az-məlumatına görə, “Alyans Biznes” MMC -nin sahibi Elxan Vahidov vergi borcuna görə məsuliyyətə cəlb olunub. 

Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi onun 63 min 577,25 manat, qurumun Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi isə 219 min 806,57 manat vergi borcunun olması barədə hüquq-mühafizə orqanlarına  müraciət edib.   E.Vahidovun şirkətlərinin büdcəyə ümumilikdə 283 min 383,82 manat vergi borcu yaransa da, o bu borcu ödəməyib. 

E. Vahidov barəsində Cinayət Məcəlləsinin 213.2.2-ci (Külli miqdarda vergini ödəməkdən yayınma) maddəsi ilə cinayət işi açılıb və toplanmış istintaq materialları Yasamal Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə E. Vahidov  2 il, 2 ay, 14 gün azadlıqdan məhrum edilib. 


Samir Əli