-
- 19-08-2023, 14:35
- 514
Məşhur iş adamının Azərbaycandan çıxmağına STOP QOYULDU - VİDEO
İnşaat şirkəti olan "Şərq MTK” MMC-nin rəhbəri Ziyadxan Abbasovun ölkədən çıxışı məhdudlaşdırılıb.
News24.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazova qətnamə çıxarıb.
Ziyadxan Abbasova "stop” qoyulmasının səbəbi "Şərq MTK” MMC-nin külli miqdarda vergi borcu olması ilə əlaqədardır. İş adamı borcu ödəmədiyinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 Saylı Ərazi Vergilər Baş İdarəsi xüsusi icraat qaydasında məhkəməyə ərizə ilə müraciət edib.
İş materiallarından məlum olur ki, həmin vaxt şirkətin 51 342,53 AZN vergi borcu olub. Lakin məhkəmədən sonra da borc ödənilməyib.
Ətraflı RTV-nin süjetində: