Fətullah Gülən öldü - Yəhudi qəbiristanlığında basdırıldı - İDDİA
    • 27-07-2018, 11:11
    • 1 729

Fətullah Gülən öldü - Yəhudi qəbiristanlığında basdırıldı - İDDİA

İlahiyyatçı, professor Cevat Akşit Fətullah Gülən ilə bağlı gündəmə bomba kimi düşən bir iddia ortaya atıb.

News24.az-ın məlumatına əsasən, ilahiyyatçı müsahibəsində FETÖ lideri Fətullah Gülənin öldüyünü, cəsədinin isə yəhudi qəbiristanlığında basdırıldığını iddia edib: "Mənə gizli şeyləri söylədirsən. FETÖ öldürüldü, sağ deyil. Hazırda yaşamır. Məzarı da yəhudi qəbiristanlığındadır".


Akşit polislərin də Fətullah Gülənin öldüyünü bildiyini qeyd edib.


Qeyd edək ki, Fətullah Gülən ilə apardığı mübarizələr ilə tanınan Akşit ötən günlərdə FETÖ tərəfindən öldürülmək istədiyini açıqlamışdı.

Onu da qeyd edək ki, bir müddət əvvəl təşkilata yaxın mənbələr tərəfindən Fətullah Gülənin xərçəng olduğu istiqamətində iddialar ortaya atmışdı.