İsraildə ölənlərin sayı 2500-ü keçdi
    • 9-10-2023, 16:57
    • 251

İsraildə ölənlərin sayı 2500-ü keçdi

HƏMAS-ın hücumu nəticəsində İrailin itkiləri 2506 nəfərə çatıb.

News24.az xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, xəsarət alanlardan 353-nün vəziyyəti ağır,  486 nəfərin vəziyyəti orta-ağırdır.

Kan Radiosu daha əvvəl xəbər vermişdi ki, gərginləşən qarşıdurmada azı 800 İsrail vətəndaşı həlak olub, daha 2400 nəfər yaralanıb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS radikal qruplaşması “İslami-Cihad”la birgə İsrailin cənub zonasına hücum edib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb. Hazırda da İsrail ordusu ilə döyüşlər davam edir. 

Qumral