-
- 10-10-2023, 16:13
- 421
Əhalinin DİQQƏTİNƏ - 1 milyon insan işdən çıxarılacaq
Dünyada fəaliyyət göstərən kömür mədənlərində 2,7 milyon mədənçi çalışır.
News24.az xəbər verir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.
Məlumatda qeyd olunub ki, kömür sənayesinin 2035-ci ilə qədər təxminən yarım milyon iş yerini itirəcəyi proqnozlaşdırılır. Bu, o deməkdir ki, gündə orta hesabla 100 işçi ixtisar edilmə riski ilə üzləşəcək.
Proqnozlaşdırılan mədənlərin bağlanması ilə 2050-ci ilə qədər təxminən 1 milyon insanın işdən çıxarılacağı güman edilir.
Əldə edilən məlumata görə, mədənlərin bağlanması daha çox Çin və Hindistan ökələrinə təsir edəcək. Dünya kömür hasilatının yarısından çoxunu təşkil edən mədənlərin bir çoxu Çində yerləşir. Həmin mədənlərdə 1,5 milyondan çox mədənçi çalışır. Rəsmi məlumatlara görə, dünyanın ikinci ən böyük kömür istehsalçısı olan Hindistanda 337.400 mədənçi fəaliyyət göstərir.
GEM Kömür Proqramının Direktoru Ryan Driskell Tate “Kömür mədənçilərinin qayğılarını və onların maraqlarını həll etməkdə fəal olmalıyıq” -deyə, qeyd edib.
Ülkər ABDURAHMANLI