Milli Məclisin deputatı Polşada  seçkiləri müşahidə edəcək
    • 10-10-2023, 19:43
    • 233

Milli Məclisin deputatı Polşada seçkiləri müşahidə edəcək

Milli Məclisin deputatı, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev Polşa Respublikasında keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün oktyabrın 11-də Varşavaya səfər edəcək.

News24.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Deputat oktyabrın 15-də keçiriləcək seçkiləri ATƏT Parlament Assambleyasının xətti ilə izləyəcək. O, müşahidə missiyasının tərkibində bir sıra məntəqələrdə seçkilərə hazırlıqla yaxından tanış olacaq, prosesin gedişini və seçicilərin fəallığını izləyəcək.

Səfər oktyabrın 16-da başa çatacaq.