İsrailin “özünümüdafiə hüququ” çərçivələri aşır - Borrell
    • 10-10-2023, 23:15
    • 418

İsrailin “özünümüdafiə hüququ” çərçivələri aşır - Borrell

İsrailin özünümüdafiə hüququ var, lakin onun son günlər qəbul etdiyi bəzi qərarlar beynəlxalq hüquqa ziddir.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Avropa Birliyinin baş diplomatı Jozep Borrell Omanın paytaxtı Maskatda AB xarici işlər nazirlərinin görüşündən sonra mediaya açıqlamasında deyib.

“İsrailin özünü müdafiə etmək hüququ var, lakin bu, beynəlxalq hüquqa, humanitar hüquqa uyğun aparılmalıdır və bəzi qərarlar beynəlxalq hüquqa ziddir”, - Borrell bildirib.