-
- 11-10-2023, 08:17
- 259
Həlak olan israillilərin sayı ARTIR
HƏMAS-ın hücumu nəticəsində ölən İsrail vətəndaşlarının sayı 1008 nəfərə çatıb.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə İsrailin ABŞ-dakı səfirliyi məlumat yayıb.
Hücum nəticəsində yaralananların sayının isə 3418 nəfərə çatdığı qeyd olunub.
HƏMAS-ın hücumu nəticəsində ölənlərin sayı 1200 nəfərə qalxıb.
Bu barədə ABŞ Prezidenti Co Bayden çıxışında bildirib.
Onun sözlərinə görə, ölənlərdən 14 nəfəri ABŞ vətəndaşıdır.
Qeyd edək ki, İsrail 7 oktyabrda HƏMAS-ın kütləvi hücumu ilə başlayan müharibədə ordunun indiyə qədər 123 hərbçi itirdiyini açıqlayıb.