İsrail-Fələstin toqquşması nəticəsində ölənlərin sayı 140-ı KEÇDİ
    • 15-05-2021, 15:51
    • 498

İsrail-Fələstin toqquşması nəticəsində ölənlərin sayı 140-ı KEÇDİ

İsrail-Fələstin toqquşması nəticəsində ölənlərin sayı 140 nəfəri keçib.

News24.az xəbər verir ki, İsrailin zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 139 olub.Ölənlərdən 39-u uşaqdır. İndiyə qədər 950 nəfər bu hücumlarda yaralanıb.

"The Jerusalem Post"un xəbərinə görə isə "Həmas"ın İsrailə endirdiyi raket zərbələri nəticəsində mayın 10-dan bu günədək 10 mülki vətəndaş və 1 hərbçi həlak olub. Ölənlər arasında 2 uşaq var. /apa.az