HƏMAS-ın İsrailə hücumu nəticəsində ölənlərin sayı ARTDI - ŞOK RƏQƏM
    • 10-10-2023, 18:38
    • 224

HƏMAS-ın İsrailə hücumu nəticəsində ölənlərin sayı ARTDI - ŞOK RƏQƏM

HƏMAS-ın hücumu nəticəsində ölən İsrail vətəndaşlarının sayı 1008 nəfərə çatıb.

News24.az report-a istinadən xəbər verir ki, bu barədə İsrailin ABŞ-dəkı səfirliyi məlumat yayıb.

Hücum nəticəsində yaralananların sayının isə 3418 nəfərə çatdığı qeyd olunub.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.