Bir fotonun tarixçəsi - "Vəhşət paparassisi"nin İNTİHAR SƏBƏBİ - FOTOLAR
    • 23-03-2019, 11:21
    • 1 792

Bir fotonun tarixçəsi - "Vəhşət paparassisi"nin İNTİHAR SƏBƏBİ - FOTOLAR

1993-cü ildə Sudanda fotomüxbir Kevin Karterin çəkdiyi foto daha sonra onun intihar etməsinə səbəb olub. 

News24.az xəbər verir ki, K.Karter sözügedən fotonu çəkən zaman uşağın ölümünü gözləyən leş yeyən quşu qorxutmamaq üçün ona yalnız 10 metr yaxınlaşa bilib. 

2 həftə sonra "New York Times" qəzetində, bir müddət sonra isə dünya mediasında yayımlanan foto böyük səs-küyə səbəb olub. İnsanlar qızcığazın aqibəti ilə maraqlanıb. 

Kevin Karter 1 il sonra məhs bu işinə görə, fotoqraflar üçün nüfuzlu mükafat sayılan "Pulitzer"ə layiq görülüb. Lakin insanlar K.Karteri hələ də qınamağa davam edirdilər. Buna səbəb isə onun onun fotonu çəkdikdən sonra uşağa kömək etmədən ərazini tərk etməsi olub. 

İttihamlardan bezən fotoqraf onlara infeksion xəstəliklərlə bağlı xəbərdarlıq edildiyini və orada sakinlərə toxunmağa icazə verilmədiyini açıqlayıb. 

"Vəhşət paparassisi" adlandırılan Kevin Karter qınaq və tənqidlərə tab gətirməyərək 1994-cü ildə şəxsi avmobilində intihar edib.