-
- 23-10-2018, 13:14
- 3 399
Pulitzer mükafatına layiq görülmüş dəhşətli fotolar
Pulitzer mükafatı, fotoqrafların əl işlərini təqdim edə bildiyi, sektorun ən əhəmiyyətli mükafatlarından biridir. News24.az xəbər verir ki, bu mükafatı ala bilən fotolar, tarix boyunca çəkilmiş ən dərin məna yüklü, yadda qalan, tükürpədici fotolar olur.
Bu anları ölümsüzləşdirən fotoqraflar, doğru zamanda doğru yerdə olaraq Pulitzer mükafatını qazanmağa haqq qazanıblar. Fotoların mükafata layiq olmasına səbəb olan qəmgin hekayələri təqdim edirik.
1. 1951-ci ildə Maks Desfora Pulitzer mükafatı qazanıb. M. Desfora, Çin işğalı sonrası Şimali Koreyanın Pyonqang şəhərindən uçmuş körpünün qalıntıları vasitəsi ilə qaçmağa çalışan insanların fotosunu çəkərək mükafata nail olub.
2. 19 mart 1964-cü ildə Horst Faas tərəfindən çəkilən foto ona, 1965-ci ildə Pulitzer mükafatı qazandırıb. Foto, Viyetnamlı kişinin cansız uşağının bədənini, ölümünə səbəb olan əsgərlərə göstərilən zaman çəkilib.
3. Cek Tornele 1967- ci ildə mükafat qazandıran foto, Amerikada zəncilərin səs vermə haqqı olmasını tələb edən vəkil Ceyms Meredisin vurulmasından saniyələr sonra çəkilib.
4. Fotoqraf Eddi Edems tərəfindən çəkilən foto ona, 1969- cu ildə Pulitzer mükafatı qazandırıb. Foto, cənubi viyetnamlı polis generalının, Viyetkonq generalını öldürməsindən 5 saniyə öncə çəkilib.
5. 1976-cı ildə Neal Uleviç tərəfindən çəkilən foto, 1977- ci ildə Pulitzerə layiq görülüb. Banqokda Tammasat universitetinin həyətində çəkilən fotoda, tələbənin, dövlət başçısı əleyhinə danışığının qarşılığında bu hala gətirilməsi görünür.
6. Fotoqraf Nik Uta tərəfindən çəkilən bu foto,1973- cü ildə Pulitzer mükafatına layiq görülüb. Fotodo, Cənubi Viyetnam təyyarəsinin yanlışlıqla öz xalqının üzərinə napalm bombası atmasının ardından ağlaya-ağlaya qaçan uşaqların ürək dağlayan görüntüləri görünür.
7. 1994-cü ildə Cen Mark tərəfindən çəkilən foto, Ruandada baş verən müharibədən sonra, aclıq və xəstəliklə mübarizə aparan xalqın çəkdiyi əziyyəti əks etdirir. Foto, 1995-ci ildə Pulitzer mükafatına layiq görülüb.
8. 2012- ci ildə Pulitzer mükafatına layiq görülən daha bir ürək dağlayan fotoda, atası Suriyalı bir terrorist tərəfindən vurulan uşağın göz yaşları və çəkdiyi acı əks olunub.
9. 1944- cü ildə Pulitzer mükafatı qazanan Frenk Filanın fotosu, 2-ci dünya müharibəsi zamanı Tarava adasında çəkilib. 11 noyabr 1943-cü ildə çəkilən fotoda, Yaponiyaya aid adanın Amerika tərəfindən ələ keçirilməsindən sonra öldürülən yapon əsgərlərinin meyidi görünür.
10. Bu foto 1945-ci ildə Coe Rosentala Pulitzer mükafatı qazandırıb. Foto, 2-ci dünya müharibəsinin ən qanlı döyüşlərindən birinin baş verdiyi, Tokyodan təxmini 1000 km aralı məsafədə yerləşən İvo Cima adasında çəkilib.
Şəlalə Ağayeva