-
- 11-10-2023, 13:08
- 299
İsrail postuna hücum: Hizbullah məsuliyyəti üzərinə götürdü
Hizbullah terror qruplaşması İsrail ordusunun Livan sərhədindəki postuna tank əleyhinə idarə olunan raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.
News24.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Hizbullah verdiyi açıqlamada, hücumun sərhəddə ölümcül qarşıdurmalara və üç üzvünün ölümünə cavab olduğunu söyləyib.
Qruplaşma raket hücumunda “çox sayda təsdiqlənmiş itkiyə” səbəb olduğunu iddia edir.
İsrail Müdafiə Qüvvələri cavab olaraq Livana zərbələr endirildiyini bildirir, lakin itkilər barədə məlumat verməyib.
Akqabay