-
- 9-10-2023, 17:49
- 380
“Hizbullah” hədələdi – “Fələstin Ukrayna deyil”
“Hizbullah” terror təşkilatı İsrail və HƏMAS arasındakı münaqişəyə birbaşa müdaxilə edəcəyi təqdirdə ABŞ-ın Yaxın Şərqdəki mövqelərinə hücum etməklə hədələyir.
News24.az Teleqraf.com-a istinadən xəbər verir ki, Livan terror qruplaşması ABŞ hərbi gəmilərinin İsrailə yaxınlaşmasından sonra verdiyi açıqlamada “Fələstin Ukrayna deyil” mesajını verib.
“Birbaşa müdaxilə edərsə, ABŞ-ın bölgədəki bütün mövqeləri müqavimət oxunun legitim hədəfinə çevriləcək və bizim hücumlarımızla üzləşəcək. Həmin gün qırmızı xətt olmayacaq”, - açıqlamada deyilir.
İran tərəfindən dəstəklənən “Hizbullah” dünən İsrailin mövqelərini atəşə tutub. Bəzi Qərb ölkələri İranın HƏMAS-ın İsrailə qarşı hücumunda iştirak edə biləcəyini iddia edir. Tehran bu ittihamla razılaşmır.