Gəncə-Bakı reysində dəyişiklik
    • 23-03-2019, 11:36
    • 718

Gəncə-Bakı reysində dəyişiklik

"Azərbaycan Dəmir Yolları" QSC Gəncə-Bakı reysinə dəyişiklik edib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən News24.az-a verilən məlumata görə, Novruz bayramından sonra Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədi ilə 25.03.2019-cu il tarixində Gəncədən, bir reysə əlavə 703 nömrəli Gəncə-Bakı sürətli sərnişin qatarı təyin ediləcək.

Qeyd edək ki, Qatar Gəncədən saat 18-00-da yola düşəcək və Bakıya saat 22-15-də çatacaq.